Xəbər lenti

Ukrayna daha iki desant-həmlə briqadasını Kurska göndərdi
Dünya 13:52 15.08.2024

Ukrayna daha iki desant-həmlə briqadasını Kurska göndərdi

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətində keçirdiyi əməliyyata Ukraynanın daha iki desant-həmlə briqadasının - 82 və 95-ci briqadanın əsgərləri qoşulub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes” yazıb.

Qeyd olunur ki, gücləndirilmiş qüvvələr nəzərə alınmaqla, Ukrayna hücum korpusuna hazırda altı cəbhə briqadasının bir hissəsi və ya hamısı, həmçinin iki əlahiddə tabor və pilotsuz uçuş aparatları, artilleriya, kəşfiyyat və xüsusi təyinatlıların köməkçi bölmələri daxildir. Ümumilikdə, ehtimal ki, 15 minə yaxın hərbçi var.

Nəşr qeyd edib ki, Ukrayna cəbhənin Pokrovsk, Toretsk və Çasov Yar kimi ən çətin sektorlarından bölmələri çıxarıb.

Xarici Siyasət Tədqiqatları İnstitutunun analitiki Rob Li hesab edir ki, bu, Ukraynanın Kursk vilayətində uzunmüddətli mövcudluğunu ehtiva edən əməliyyatda Ukraynanın iddialı məqsədlərini göstərir.

Eyni zamanda, ruslar ən azı doqquz motoatıcı, desant-həmlə, dəniz və Arktika alayları və briqadaları ilə döyüşür. Bu, Ukrayna qoşunlarının sayına uyğun və ya hətta onlardan çoxdur. 

Eyni zamanda, Rusiya ordusu Ukraynanın şərqində hücumun sürətini azaltmır. 

"Forbes” yazır ki, birinci eşalonun qoşunları Ukrayna Silahlı Qüvvələrinin irəliləməsini dayandıra bilməyəcəyi üçün Rusiya hərbi komandanlığı Kursk istiqamətində ehtiyatların ikinci eşalonu yerləşdirməli olacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->