Xəbər lenti

Ukrayna dövlət büdcəsini dəyişir, hərbi xərclərini artırır
Dünya10:45 12.03.2023

Ukrayna dövlət büdcəsini dəyişir, hərbi xərclərini artırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın bu il üçün dövlət büdcəsinin dəyişdirilməsi planlaşdırılır. Hərbi xərclər 500 milyard qrivna (13,61 milyard dollar) artırılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.
Deputat vurğulayıb ki, bu, Ukrayna tarixində büdcədə ən böyük artımdır.
Bundan əvvəl Y.Jeleznyak bildirib ki, cari ilin yanvar və fevral aylarında beynəlxalq tərəfdaşlar büdcə yardımı kimi Ukraynaya 6,3 milyard dollar köçürüblər.