Xəbər lenti

Ukrayna hərbi aviasiyası da əməliyyatlara qoşuldu
Dünya19:32 25.04.2014

Ukrayna hərbi aviasiyası da əməliyyatlara qoşuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Qvardiyanın xüsusi təyinatlıları Slavyanskın hər yerində separatçıların qurduğu blok-postları məhv edib.

“Axar.az” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bundan başqa xüsusi təyinatlılar Slavyanskda ekstremistlərin yaratdıqları atəş nöqtələrini müəyyən etməyə çalışırlar.

Məlumatda qeyd olunur ki, Daxili Qoşunların qüvvələri Slavyansk-İzyum yolunda güclü blok-post qurublar.

Ukrayna hərbi aviasiyası da quru qoşunlarına dəstək vermək üçün əməliyyatlara qoşulub. 

Qaynar.info