Xəbər lenti

Ukrayna Kramatorskda hərbi əməliyyatlara başladı
Dünya10:53 03.05.2014

Ukrayna Kramatorskda hərbi əməliyyatlara başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna ordusu Kramatorskda separatçıların müqavimətinə baxmayaraq anti-terror əməliyyatlarını davam etdirirlər.

“Axar.az” xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər naziri Arsen Avakov Feysbuk səhifəsində yazıb.

“Kramatorskda terrorçuların güclü atəşi altında Kramatorska tərəf irəliləyirik. Döyüş gedir”, - deyə Avakov yazıb.

Bundan başqa Avakov bildirib ki, terrorçulara qara forma geyinmək və dinc əhaliyə atəş açmaq tapşırığı verilib: “Kramatorsk və Slavyanskın bütün sakinlərdən xahiş edirəm ki, küçəyə çıxmasınlar. DİN xüsusi təyinatlılara təxribatları ləğv etmək komandası verib”.

Qaynar.info