Xəbər lenti

Ukrayna: “Krımlıların Rus ordusuna çağrılması hərbi cinayətdir”
Dünya13:34 13.10.2020

Ukrayna: “Krımlıların Rus ordusuna çağrılması hərbi cinayətdir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba krımlıların Rusiya ordusuna çağırılmasını hərbi cinayət adlandırıb.

Qaynarinfo "Krım. Realii”yə istinadla bildirir ki, o, bunu 13 oktyabrda keçirdiyi brifinqdə deyib.

Kuleba Rusiyanın hərəkətlərinin Dördüncü Cenevrə Konvensiyası tərəfindən açıq şəkildə qadağan edildiyini bildirib: "Bu, 12-ci qanunsuz çağırış kampaniyasıdır. Yəni, Rusiya Krımda ordusunda xidmət etmək üçün qanunsuz çağrışlar keçirirərək 12 hərbi cinayət törədib. Bütün bunlar Rusiyanın təcavüzünün davam etdiyinə dəlalət edir”.

O, Krım və Sevastopol sakinlərinin hərbi xidmətə çağırıldıqdan sonra Ukraynaya qarşı təcavüzə göndərildiklərini söyləyib.

Alpər