Xəbər lenti

Ukrayna məmurlarına qarşı sanksiya tətbiq edildi
Dünya06:39 29.01.2014

Ukrayna məmurlarına qarşı sanksiya tətbiq edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kanada hökuməti Ukraynanın bəzi məmurlarına qarşı sanksiyalar tətbiq edib. Bu barədə Kanadanın xarici işlər naziri Con Berd məlumat verib. 

Nazirin sözlərinə görə, sanksiya tətbiq edilən şəxslər mitinqlərin güc tətbiq edilməklə dağıdılmasında məsul olan şəxslərdir. Nazir Ukrayna hökumətinə qarşı yeni sanksiyaları da istisna etməyib.

Kanada parlamentində Ukraynadakı vəziyyətə dair dinləmələrdə prezident Yanukoviçə qarşı da sanksiyaların tətbiqi müzakirə edilib. Həmçinin bank hesablarının dondurulması, Ukraynaya nümayəndə heyətinin göndərilməsi, müxalifət fəallarına siyasi sığınacağın verilməsi kimi məsələlər də müzakirə edilib 

Qaynar.info