Xəbər lenti

Ukrayna müharibəsi Krımın azad edilməsi ilə başa çata bilər - Zelenski
Dünya08:33 10.08.2022

Ukrayna müharibəsi Krımın azad edilməsi ilə başa çata bilər - Zelenski

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Krım Ukraynanın olaraq qalır və Krımın azad edilib, Ukraynaya birləşdirilməsi olmadan Ukraynadakı müharibə bitməyəcək.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu sözləri Volodimir Zelenski 2014-cü ildə Rusiya tərəfindən qəsb edilməsinə toxunaraq bildirib.
Zelenski bu sözləri dünən axşam Krımdakı Rusiya aviabazasında silsilə partlayışlar barədə məlumatlardan bir neçə saat sonra çıxışında deyib.
Partlayışda bir nəfərin öldüyü bildirilir.
Ukrayna rəsmiləri hücuma görə Rsuiya silahlı qüvvələrinin məsuliyyət daşıdığını bildiriblər.
Bəziləri hücumun Ukrayna silahlı qüvvələri tərəfindən həyata keçirildiyini düşünür. Lakin Rusiya hərbi sursat anbarına heç bir hücum olmadığını bildirir.
M.Arif