Xəbər lenti

Ukrayna müharibəyə nə qədər xərcləyir? - Aylıq məbləğ açıqlandı
Dünya09:58 29.03.2023

Ukrayna müharibəyə nə qədər xərcləyir? - Aylıq məbləğ açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əsas vəzifə hərbi büdcənin maliyyələşdirilməsinə şərait yaratmaqdır. Ukraynanın dövlət büdcəsi 80 milyard qrivna (2,17 milyard dollar – red.) gəlir əldə edir və hərbi kampaniyaya ayda 130 milyard qrivna (3,53 mlrd – red.) xərclənir.
Qaynarinfo xəbər verir ki, "RBC-Ukrayna" Avropa Biznes Assosiasiyasının (EBA) mətbuat xidmətinə istinadən yazır ki, bunu Ukrayna maliyyə naziri Serhi Marçenko bildirib.
EBA üzvləri ilə görüşdə Marçenko bildirib ki, ötən həftə Ali Rada hərbi ehtiyaclar üçün xərcləri artıran dövlət büdcəsinə dəyişiklikləri dəstəkləyib.
Nazirin sözlərinə görə, bu il nəzərdə tutulan vergilərin yığılması vacibdir, lakin kardinal vergi dəyişikliyi nəzərdə tutulmur.
Xatırladaq ki, Ali Rada Ukraynanın 2023-cü il dövlət büdcəsinə dəyişikliklər edərək, müdafiə xərclərini 518 milyard qrivna artırıb.
Nizami Bağırov