Xəbər lenti

Ukrayna müxalifəti alternativ Ali Rada elan etdi
Dünya19:39 22.01.2014

Ukrayna müxalifəti alternativ Ali Rada elan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın müxalifət partiyaları, o cümlədən “Barkivşina”, UDAR, “Svoboda” partiyaları, həmçinin parlamentin fraksiyalardan kənar deputatları Ukraynanın Xalq Radasını elan ediblər. Bu barədə Liga.net nəşri Ukrayna Ali Radasının (parlament) deputatı Andrey Pışnıyın facebook-dakı səhifəsində paylaşdığı xəbərə istinadən məlumat yayıb. 

“Ukraynanın Xalq Radası öz təsis iclasına başladı. İndicə Xalq Radasının bəyannaməsi qəbul edildi. Yekdilliklə” – yazıb deputat. 

Qeyd edək ki, az öncə müxalifət Regionlar və Kommunist partiyalarının ölkədə demokratiya və parlamentarizmi gözdən saldığı və məhv elədiyini bəyan eləmişdi. /musavat.com/

Qaynar.info