Xəbər lenti

Ukrayna NATO-dan yardım istəyir
Dünya20:38 06.03.2014

Ukrayna NATO-dan yardım istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın baş naziri Arsen Yatsenyuk NATO Şurasını Kiyevə dəvət edib. 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, qurumun baş katibi Andres Foq Rasmussenlə görüşdən sonra bu haqda açıqlama verib: "Mən Şimali Atlantika şurasını Kiyevə görüşlər keçirmək üçün dəvət etdim. Biz hesab edirik ki, bu əməkdaşlığımız möhkəmləndirər".

Ukrayna hökumətinin başçısı NATO-dan yardım da istəyib: «Ukraynanın müdafiə qabiliyyətini yaxşılaşdırmaq üçün texniki, humanitar yardım alsaq, çox məmnun olarıq, Bu yardım vəziyyətin sabitləşdirilməsin, sülhün qorunmasına və bölgədə istiqrara yardım edər».

O, hazırkı vəziyyətdə  NATO-ya üzv olmaqdan söhbət getmədiyini söyləyib. 

Qaynar.info