Xəbər lenti

Ukrayna ordusu Donetskə girməyə hazırlaşır
Dünya15:15 05.07.2014

Ukrayna ordusu Donetskə girməyə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Separatçılar Donetsk vilayətinin digər şəhərlərini tərk edərək mərkəzdə yerləşən Donetsk şəhərinə toplaşır.

Anspress-in məlumatına görə, separatçılar müxtəlif istiqamətlərdən maşın karvanları ilə şəhərə daxil olur. Rusiyameyilli silahlılar güclərini birləşdirərək Donetsk şəhərində mövqelərini möhkəmləndirməyə çalışır. Bu onunla bağlıdır ki, Ukrayna hərbçiləri Rusiya sərhədində nəzarəti gücləndirdiynə görə, Rusiya ərazisindən separatçılara heç bir dəstək gəlmir. Artıq separatçıların silah və qida ehtiyatının azaldığı bildirilir.

Qeyd edək ki, Ukrayna ordusu artıq Slavyask şəhərində nəzarəti bərpa edib.

Qaynar.info