Xəbər lenti

Ukrayna ordusu mühasirəyə düşdü
Dünya07:04 23.05.2014

Ukrayna ordusu mühasirəyə düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Donbass” batalyonunun hərbçiləri arasında yaralananlar var

Donetsk vilayətində Ukrayna ordusu mühasirəyə düşüb.

ANS PRESS-in məlumatına görə, müharisəyə düşən Ukrayna ordusunun “Donbass” batalyonu ilə separatçılar arasında gedən döyüşlərdə 9 nəfər yaralanıb. Yaralananlar “Donbass” batalyonunun hərbçiləri olub. Batalyonun komandiri Semen Semençenkonun sözlərinə görə, separatçılar iri çaplı silahlardan, snayperlərdən və pulemyotlardan istifadə ediblər, əraziyə BTR-lər gətirilib.

S.Semençenko bildirib ki, Qara dənizin 15 kilometrliyində Ukrayna ordusunun 4 BTR-i dayanıb: “Onlara yaxınlaşa bilmirik. Çünki o dəqiqə snayperlə vururlar”.

Son məlumatlara görə, “Donbass” batalyonu mühasirədən çıxa bilib. Bu barədə “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Timçuk açıqlama verib. O, bildirib ki, bu dəqiqələrdə “Donbass” batalyonu mühasirədən çıxamağa nail olub.

Qaynar.info