Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqində keçirilən antiterror əməliyyatında iyunun 18-nə qədər olan müddətdə verdiyi itkilər açıqlanıb.
APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin Hərbi-tibb departamentinin rəisi, polkovnik Vitali Andronatiy əməliyyatın başladığı martın 8-dən bəri 147 Ukrayna hərbçisinin həlak olduğunu, 267 hərbçinin yaralandığını açıqlayıb. Hazırda 13 yaralı ağır vəziyyətdə müalicə olunur. Qaynar.info