Xəbər lenti

Ukrayna problemi ABŞ Senatını da parçaladı (ŞƏRH)
Dünya10:12 08.02.2024

Ukrayna problemi ABŞ Senatını da parçaladı (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Miqrantlarla bağlı məsələ layihədən çıxarıldıqdan sonra digər məsələlər də öz həllini tapacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ Senatının Ukrayna, İsrail, Sakit Okean regionundakı tərəfdaşlar və Birləşmiş Ştatların sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinə dair qanun layihəsini bloklaması məsələsini şərh edərkən deyib.
"ABŞ senatında Ukrayna və İsrailə təkliflər paketinin bloklanması həm də Avropa ölkələri arasında ciddi narahatlıqlar yaradıb. Baxmayaraq ki, bu hələ son deyil və qanun layihəsinə yenidən baxılacaq. Onun bloklanması respublikaçılarla demokratlar arasında razılığın əldə olunmamasından qaynaqlanır. Əsas səbəb kimi miqrantlarla bağlı məsələnin öz həllini tapmamasıdır. Yəni, verilən məlumatlara görə senatorların razılaşa bilmədiyi məsələ Ukrayna və İsrailə yardım ayırmaq məsələsi deyil. Görünən odur ki, miqrantlarla bağlı məsələ layihədən çıxarıldıqdan sonra digər məsələlər öz həllini tapacaq", deyə Əlimusa İbrahimov bildirib. 
Həmsöhbətimiz düşünür ki, istənilən halda bu məsələ Baydennin seçkiqabağı təbliğatına mənfi təsir göstərəcək:
"Ukraynaya yardım məsələsi də Senatda təsdiq olunmayıncaq, həll olunmuş hesab oluna bilməz. İstənilən halda müzakirələrin nəticəsini gözləmək lazımdır”.
Qeyd edək ki, ABŞ Senatındakı respublikaçılar Ukraynaya 60 milyard, İsrailə 14 milyard, Çinə qarşı mübarizədə Hind-Sakit Okean regionundakı tərəfdaşlar 5 milyard və ABŞ sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinə 20 milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsini bloklayıblar. İki partiya arasında həmin məsələdə sövdələşmə əldə edilsə də, keçmiş Prezident Donald Trampın layihəni tənqid etməsi ilə əksər respublikaçılar da ona qarşı çıxıb. Layihənin əleyhinə çıxanların fikrincə, həmin qanun dövlət başçısına miqrantların deportasiyadan müdafiə edilməsində əlavə səlahiyyətlər verəcək və miqrantların sayının azalmasına yönəlik tədbirlər qənaətbəxş deyil. 
Rüfət Sultan