Xəbər lenti

Ukrayna Qərb təyyarələrindən Rusiya ərazisinə zərbələr endirəcəkmi? - Kuleba
Dünya09:59 23.02.2023

Ukrayna Qərb təyyarələrindən Rusiya ərazisinə zərbələr endirəcəkmi? - Kuleba

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna Rusiyadakı hədəfləri vurmaq üçün Qərb döyüş təyyarələrindən istifadə etməyəcək.
Qaynarinfo xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Britaniyanın Sky News telekanalına verdiyi açıqlamada Ukraynanın müharibəni bitirmək və rus qoşunlarını Ukraynanın şərq sərhədlərindən çıxarmaq üçün təyyarələrə ehtiyac duyduğunu bildirib.
"Biz partnyorlardan aldığımız silahlardan Ukraynanın işğal olunmuş ərazilərində Rusiyaya zərbə endirmək üçün istifadə edirik", - Kuleba vurğulayıb.
Eyni zamanda ondan Ukraynanın Rusiya ərazisini bombalamaq üçün təyyarə və digər uzaqmənzilli silahlardan istifadə etməyəcəyinə zəmanət verə biləcəyini soruşublar.
"Biz Ukrayna ərazilərini azad etmək üçün Qərb silahlarından istifadə edəcəyimizə zəmanət verə bilərik", - XİN rəhbəri bildirib.
Alpər