Xəbər lenti

Ukrayna-Rusiya danışıqları: Media Kremlin nə tələb etdiyini öyrəndi
Dünya13:05 01.03.2022

Ukrayna-Rusiya danışıqları: Media Kremlin nə tələb etdiyini öyrəndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 28-də Ukraynada müharibəyə son qoymaq üçün Ukrayna və Rusiya tərəfləri arasında danışıqlar aparılıb. Növbəti danışıqlar, bəzi məlumatlara görə, martın 2-nə təyin edilib.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, Ukrayna diplomatiyasındakı mənbələr rusların irəli sürdüyü bəzi tələbləri Ali Baş Komandana açıqlayıb.
Rusiya Ukrayna ilə danışıqlarda nə tələb edir:
Ukraynanın referendumla parlament səviyyəsində müəyyən edilən blokdan kənar statusu;
Ukraynanın Rusiyanın "LDNR” adlandırdığı ORDLO-nun (Отдельные районы Донецкой и Луганской областей - Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonları. – Red.) Donetsk və Luqansk vilayətlərinin inzibati çərçivəsində tanınması;
denasifikasiya;
Ukraynanın geri qaytarılmasını tələb etdiyi Krım gələcək razılaşmada mötərizədə göstərilməsi.
Ukrayna tərəfi Rusiya ilə danışıqlarda yalnız atəşkəs və işğalçı ölkənin bütün qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını tələb edib.
Ukrayna nümayəndə heyəti "Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Milli Məclisin deputatı Rüstəm Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitskidən ibarət olub.
Xatırladaq ki, fevralın 28-də Belarus-Ukrayna sərhədində Ukrayna və Rusiya arasında danışıqların birinci raundu keçirilib. Onlardan sonra tərəflər məsləhətləşmələr üçün paytaxta yola düşüblər.
Alpər