
Ukrayna Xarici İşlər Nazirliyi rəsmi Moskvaya Rusiya hökumətinin başçısı Dmitri Medvedyevin Krıma səfəri ilə bağlı nota verib.
“Media forum” saytının məlumatına görə, notada deyilir ki, xarici ölkə rəsmisinin Ukrayna hökuməti ilə razılaşmadan səfəri beynəlxalq hüquq normaları və protokol qaydalarının kobud pozuntusudur.
Dmitri Medvedyev Rusiyanın işğal etdiyi Krım vilayətinə martın 31-də səfər edib.
Qaynar.info