Ukrayna qüvvələri ABŞ-dan aldığı HIMARS raket sistemlərindən istifadə edərək 50 Rusiya sursat anbarını məhv edib.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat
verib.
"Bu, onların maddi-texniki təchizatını kəsir və aktiv döyüşlər aparmaq və silahlı qüvvələrimizi ağır atəş altında saxlamaq qabiliyyətini əlindən alır”, - o, televiziya çıxışında deyib.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyi də Ukraynanın Xmelnitski bölgəsində, ABŞ istehsalı olan HIMARS raket sistemləri üçün sursat anbarını məhv etdiklərini bildirib.
Nurlan Hüseynov