Xəbər lenti

Ukraynada azərbaycanlı gənclər təşkilatlandılar
Dünya11:59 14.04.2014

Ukraynada azərbaycanlı gənclər təşkilatlandılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni Nəfəs Hərəkatı Ukrayna nümayəndəliyinin idarə heyəti formalaşıb və ilk toplantısı keçirilib.
Qaynar.info-ya hərəkatın Ukrayna nümayəndəliyindən verilən məlumata görə, Ukrayna Milli Aviyasiya Universitetində keçirilən toplantını nümayəndəliyin rəhbəri Xəzri Elxanoğlu açıq elan edib. O, Yeni Nəfəs Hərəkatının sədri Seymur Həsənlinin salamını tədbir iştirakçılarına çatdırdıqdan sonra, qarşıda olan planlar və görüləcək işlər haqqında idarə heyətinin üzvlərinə qısa məlumat verib.
Yeni Nəfəs Hərəkatının ukraynalı lideri Vladislav Obarenko çıxışında Ukraynada mövcud vəziyyəti nəzərə alaraq Ukraynaya dəstək üçün milli vəvətənpərvərlik ruhunda tədbirlərin keçirilməsi ideyası, nümayəndəliyin icraçı direktoru İsgəndər Zamanovun Ukraynada fəaliyyət göstərən digər diaspor təşkilatları və səfirlikilə birgə Ukrayna unversitetlərində Azərbaycan – Ukrayna mədəniyyət mərkəzlərinin yaradılması ideyası, toplantı iştirakçıları tərəfindən bəyənilib və bu istiqamətdə işlərə başlamaq üçün qərar qəbul olunub.
Eyni zamanda Yeni Nəfəs Hərəkatı Ukrayna nümayəndəliyi və Ukraynada fəaliyyət göstərən digər təşkilatların iştrakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümündə universitetlərarası fudzal turnirinin keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Yeni Nəfəs Hərəkatı Ukrayna nümayəndəliyi iki ay öncə yaradılmış və hərəkatın sədri Seymur Həsənlinin sərəncamı ilə Abdullayev Xəzri Elxanoğlu nümayəndəliyin rəhbəri təyin olunmuşdu. Abdullayev Xəzri Ukraynada tanınmış gənc hüquqşünaslardan,  Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin qurucularından biri, hüquq departamentinin yaradıcısı olub.
Qaynar.info