Xəbər lenti

Ukraynada daha bir azərbaycanlı həlak oldu (FOTO)
Dünya17:02 02.09.2022

Ukraynada daha bir azərbaycanlı həlak oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada gedən döyüşlərdə əslən azərbaycanlı olan hərbçi həlak olub.
Kirovoy Roq şəhəri azərbaycanlılar Konqresinin sədri Rəmzi Rzayevin "Report"un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, bu, əslən Azərbaycanın Balakən rayonundan olan, Ukrayna vətəndaşı Əliyev Rüstəm Ramazan oğludur.
O, Xerson istiqamətində Knyazovka rayonunda artilleriya atışmaları nəticəsində həlak olub.
R.Rzayev bildirib ki, daha bir azərbaycanlı da bundan əvvəl həlak olub.
Konqres onların dəfni, ailələrinə dəstək məsələlərində yaxından iştirak edib.