Xəbər lenti

Ukraynada inqilabın taleyinin həll olunmasına 48 SAAT QALDI
Dünya11:42 04.12.2013

Ukraynada inqilabın taleyinin həll olunmasına 48 SAAT QALDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Kiyevdə Avromaydan iştirakçıları prezident Yanukoviçin güzəştə getməsi üçün prosesin dinamikasını saxlamalıdırlar”. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib.

Onun fikrincə, Ukrayna inqilabının taleyi yaxın 48 saatda həll olunacaq. “Əgər avrionterqrasiya tərəfdarları qətiyyətli olsalar və etirazların dinamikasını qoruyub saxlasalar, Yanukoviç güzəştə getməyə başlayacaq. Yox, etirazlar səngisə, o zaman situasiyanı qaydaya salmaq üçün güc tətbiqinə çalışacaq. O, hadisələrin inkişafını gözləyir və buna uyğun da reaksiya verəcək. Yanukoviçin yalnız bir məqsədi var: sakitliyi qaytarmaq və 2015-ci ildə özünün təzədən prezident seçilməsini təmin eləmək” - Kvasnevski bildirib.

Keçmiş prezidentə görə, Vladimir Putin Ukraynaya Avropa Birliyi ilə assosiasiya sənədini imzalamamağa görə yox, müstəsna olaraq Gömrük İttifaqına girəcəyi təqdirdə güzəşt edəcək. “Strateji planda Moskva üçün yalnız bu, önəm daşıyır”, - deyə o fikrini tamamlayıb.

Kvasnevski yaxın zamanlarda Kiyevə getməyi planlaşdırır.


Qaynar.info