Xəbər lenti

Ukraynada işğalçılara xidmət edən daha bir rəhbər öldürüldü
Dünya09:24 12.07.2022

Ukraynada işğalçılara xidmət edən daha bir rəhbər öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya tərəfindən işğal olunmuş şəhərin administratoru bomba qoyulmuş avtomobilin partlaması nəticəsində həlak olub. 
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə işğal edilmiş ərazinin hakimiyyəti bildirib.
Rusiyanın TASS xəbər agentliyinin verdiyi məlumata görə, Moskvayönlü hərbi- mülki administrasiya "Velikiy Burluk”un baş inzibatçısı Yevgeni Yunakovun Ukraynanın təxribat-kəşfiyyat qrupu tərəfindən öldürüldüyünü bildirib.
 Bölgə administrasiyası partlayışı Ukrayna hakimiyyətinin təşkil etdiyi "terror hücumu” adlandırıb.
 on həftələr Xerson və Xarkov vilayətlərindəki moskvayönlü məmurlara qarşı hücumlar artıb. Bildirilir ki, bazar günü Melitopolun ruslar tərəfindən təyin edilmiş rayon rəhbəri Andrey Siquta evində Ukrayna diversantın atəşinə tuş gəlib. 
İyunun 24-də Rusiya tərəfindən təyin edilmiş Xerson vilayət administrasiyasının yüksək vəzifəli məmuru bombanın partlaması nəticəsində həlak olub.
Ukrayna hərbi kəşfiyyatının rəhbəri işğal olunmuş ərazilərdə partizan müqaviməti cəhdlərini şərh etməkdən imtina edib, lakin Reuters xəbər agentliyinə deyib ki, "Ukraynaya xəyanət edənlər və ölkəmizi məhv etmək üçün buraya gələn bütün bədbəxtlər məhv ediləcək”.
Nurlan Hüseynov