Xəbər lenti

Ukraynada müharibə başlayandan bəri nə qədər dinc sakin həlak olub? - BMT
Dünya07:39 28.12.2022

Ukraynada müharibə başlayandan bəri nə qədər dinc sakin həlak olub? - BMT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 24-dən dekabrın 26-dək BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Ukraynada 17 831 mülki itkini qeydə alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları İdarəsinin hesabatında deyilir.
BMT 6884 nəfərin öldüyünü və 10947 mülki şəxsin yaralandığını təsdiqləyib. 6884 ölü arasında: 
2719 kişi;
1832 qadın; 
175 qız; 
216 oğlan; 
Cinsi hələ məlum olmayan 38 uşaq və 1904 böyük. 
10 947 yaralı arasında:
2364 kişi; 1709 qadın; 229 qız; 318 oğlan;
Cinsiyyəti hələ məlum olmayan 253 uşaq və 6074 böyük.
BMT-nin İnsan Haqları Bürosu qeyd edib ki, intensiv döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat axını gecikdiyinə görə dinc əhali arasında itkilərin faktiki sayı daha çoxdur və bir çox hesabatlar təsdiqlənməyi tələb edir. Bu, xüsusən Mariupol, İzyum, Lisiçansk, Popasna və Severodonetskə aiddir.
Alpər