Xəbər lenti

Ukraynada müharibə dəyişib, Zelenski özünü yenidən kəşf etməlidir - Britaniyalı politoloq
Dünya 16:45 04.02.2024

Ukraynada müharibə dəyişib, Zelenski özünü yenidən kəşf etməlidir - Britaniyalı politoloq

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etsə, "indiktiv”, onu vəzifədə saxlasa, zəif olacaq. 

Qaynarinfo xəbər verir ki, bu fikri britaniyalı politoloq Mark Qaleotti "The Sunday Times" üçün yazdığı məqalədə qeyd edib.

Onun sözlərinə görə, Zelenskinin Zalujnı ilə ziddiyyətləri dövlət başçısının düşdüyü yöndəmsiz siyasi mövqedən xəbər verir.

Qaleotti yazır: "Aktyor və komediyaçı artıq siyasətçi və hərbi lider arasında dəyişib. İndi, demək olar ki, iki il əvvəl Rusiya işğalı zamanı üzləşdiyi çətinliklərdən daha mürəkkəb problemlərlə üzləşən Zelenski yeni vəziytyətə uyğunlaşmağın yolunu tapmalıdır".

O, Ukraynanın ən populyar iki adamı olan Zelenski ilə Zalujnı arasında gərginliyin uzun müddətdir artdığını vurğulayır. Eyni zamanda, Zalujnı hərbi qərarlara və təyinatlara siyasi müdaxiləni əsassız hesab edib. Lakin Prezident Aparatı "dəmir generalın” populyarlığından narahat olub.

"Heç bir siyasi ambisiya əlaməti göstərməsə də, general ictimai dəstəkdə prezidentlə rəqabət apara biləcək yeganə fiqurdur... General diqqətdən yayınmağa çalışır, lakin o, sərt və vicdanlı komandir kimi reputasiyaya malikdir. Xüsusilə, o, ümumiyyətlə Ukrayna ordusunda müharibə üçün islahat apara bilməyən Sovet dövrünün generalları ilə boşluq kimi qiymətləndirilir”, - ekspert qeyd edir.

Onun fikrincə, Zelenski ordunu Ukrayna cəmiyyətinin ən yaxşısı hesab edən "xaki rəngli elektoratı” özündən uzaqlaşdırıb və Zalujnını potensial siyasi qüvvə kimi yüksəldib.

"Ən azı, Zelenskini gözdən salmaq istəyənlər bu işdən istifadə edərək onu nəinki paxıl, həm də zəif kimi qələmə verirlər, keçənilki əks-hücumda irəliləyiş olmaması üçün günah keçisi axtarırlar... Zelenski, o, 2022-ci ildə özünü uğurla yenidən kəşf edib və bunu yenidən edə bilər... Ola bilsin ki, aktyor yeni senari yazacaq”, – Qaleotti yekunlaşdırır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->