Xəbər lenti

Ukraynada müharibə: Ostin “həlledici mərhələ” deyərkən nəyi nəzərdə tutub?
Dünya11:35 21.07.2022

Ukraynada müharibə: Ostin “həlledici mərhələ” deyərkən nəyi nəzərdə tutub?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pentaqon rəhbəri Lloyd Ostin Qərbin Ukraynaya gələcək dəstəyin vacibliyi və aktuallığını qeyd edərək bildirib ki, artıq münaqişənin həlledici mərhələsinə qədəm qoyuruq:
"Ukraynadakı münaqişə kritik mərhələdədir və Qərb Kiyevə kollektiv dəstək verməkdə davam edəcək.  Biz münaqişənin həlledici mərhələsindən danışırıq. Ostin, həmçinin  Rusiyanın "yanlış hesablama apardığını" deyib. 
L.Ostin münaqişənin həlledici mərhələsinə qədəm qoyulduğunu deyərkən nəyi nəzərdə tutub? 
Mövzu barədə Qaynarinfo-ya danışan hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Ostin həmin sözləri deməklə əslində Ukraynanın lend-liz xəttilə təminatı məsələsinin artıq aktiv fazaya daxil olduğunu bildirib:
 
"Son 90 gündə Rusiya ordusu Ukraynada cəmi 6 kilometr irəliləyə bilib. Artıq yağış mövsümü də başlayır. Tırtıllı texnika, qara torpaq ərazisi və bol yağışda ləngimələr daha da artacaq. Digər tərəfdən, Pentaqon rəhbəri münaqişənin həlledici mərhələyə qədəm qoyduğunu deməklə yəqin bildirmək istəyir ki, lend-lizlə təchizat xəttini artıq aktiv fazaya gətirirlər. Yəni yalnız bu silahlar verildiyi təqdirdə, əks istiqamətdə hansısa dönüşdən söhbət gedə bilər. Hələlik isə Rusiya zəif də olsa irəliləyir. Sahədə taktiki üstünlük onun tərəfindədir. ABŞ rəsmisi həlledici mərhələdən danışırsa, deməli, Ukraynaya vəd edilən bütün yardımlar ediləcək. Ostindən əvvəl, digər ABŞ generalı da başqa bir şəkildə buna bənzər fikir səsləndirib. ABŞ generalları elə belə sözü niyə havaya atsınlar ki? Onlar bilmədikləri məsələni deməzlər”. 
Rüfət Sultan