Xəbər lenti

Ukraynada müharibə zamanı kişi qıtlığı: Onları qadınlar əvəz edir
Dünya08:02 12.01.2024

Ukraynada müharibə zamanı kişi qıtlığı: Onları qadınlar əvəz edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada genişmiqyaslı müharibə zamanı daha çox qadın əvvəllər kişilərin tutduğu vəzifələri tutmağa başladı.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Xidmətindən bildirilib.
"Kişilərin hərbi xidmətə çağırılması ilə bağlı ənənəvi olaraq daha çox kişilərin işlədiyi peşələr (inşaatçılar, elektrik və qaz qaynaqçıları, mexaniklər, elektriklər, sürücülər və s.) üzrə vakant yerlərin tutulmasında müəyyən çətinliklər yaranır”, - Məşğulluq Xidmətindən bildirilib.
Belə ki, 2023-cü ildə Məşğulluq Xidmətinin xətti ilə 1,2 min qadın tikintidə işlə təmin olunub ki, bu da bu sahədə işləyənlərin ümumi sayının 38 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm 20% olub.
Son bir ildə 1,2 min qadın mədənçıxarma sənayesində də iş tapıb ki, bu da bütün məşğul olanların 49%-ni təşkil edir. 2021-ci ildə bu rəqəm 27% olub.
Ümumilikdə 2023-cü il ərzində Dövlət Məşğulluq Xidmətinin xidmətlərindən 664 min nəfər istifadə edib ki, onlardan 483 nəfəri qeydiyyatda olan işsiz statusuna malikdir. Qeydiyyatda olan işsizlərin əksəriyyəti qadınlardır (72% və ya 348 min).
Ümumilikdə 2023-cü ildə 240 min nəfər yeni iş yeri tapıb ki, onlardan 158 mini (və ya 66%) qadınlardır.
Xatırladaq ki, Ukrayna İşəgötürənlər Konfederasiyasının araşdırmasına görə, böyük müharibə başlayandan sonra kişi çatışmazlığı səbəbindən müəssisələr metal emalı, kənd təsərrüfatı məhsullarının emalı və mebel istehsalı sahələrində qadınları "kişi” vəzifələrinə cəlb etməyə başlayıblar. Bu, tez-tez fiziki fəaliyyətlə əlaqələndirilir.
Alpər