Xəbər lenti

Ukraynada nazir müavini saxlanıldı
Dünya19:48 21.01.2023

Ukraynada nazir müavini saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Milli Antikorrupsiya Bürosu axtarışlar aparıb və icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə nazir müavini Vasili Lozinskini saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin "Ukrainska Pravda” nəşri  məlumat yayıb.
Bildirilir ki, İstintaq Cinayət Məcəlləsinin 364-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 368-ci (vəzifəli şəxs tərəfindən külli miqdarda təklifi, vədi qəbul etmə və ya qanunsuz mənfəət əldə etmə) maddələri ilə aparılır.