
Nümayişçilər: "Namizədlər arasında prezidentliyə layiq kimsə yoxdur"
Ukraynanın Donetsk vilayətində rusiyameyilli fəallar seçki məntəqəsinə hücum edib.
ANS PRESS-in məlumatına görə, Donetsk Xalq Respublikasının yaradılmasının tərəfdarları Ukraynada prezident seçkilərinin keçirilməsinə etiraz edərək məntəqədəki seçki qutuluarını dağıdıb, sonra da sındırıblar.
Bununla bağlı yayılan videoda seçki qutularını sındıranlar arasında hərbi geyimli şəxslərində olduğunu görmək olur. Etirazçılar "bizə belə seçkilər lazım deyil. Çünki namizədlər arasında prezidentliyə layiq kimsə yoxdur", deyir.
Xatırladaq ki, sabah Ukraynada prezident seçkiləri keçiriləcək.
Qaynar.info