Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədəki son durumu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Baş Qərargah ötən gün Rusiya qoşunlarının 12 hücumunun qarşısının alındığını, 5 artilleriya sisteminin, 5 piyadaların zirehli döyüş maşınının və 5 avtomobilinin məhv edildiyini bildirib.
Qeyd edilib ki, Ukrayna Hərbi Hava Qüvvələri son sutkada Rusiyanın "Ka-52” helikopterini, "Orlan-10” tipli PUA-sını və Çernovtsk vilayətində Rusiyanın qanadlı raketinin məhv edib.
Məlumata görə, Rusiyanın ilhaq etdiyi Krım yarımadasından Zaporoje istiqamətində canlı qüvvə və hərbi texnika göndərilir.
Qara və Azov dənizlərində Rusiya gəmiləri Ukraynaya məxsus mülki su nəqliyyatı vasitələrini blokadada saxlamaqda davam edir.