Dünya 19:00 07.02.2023

Ukraynada “xüsusi əməliyyat” ilin sonuna qədər başa çatacaq - Kadırov

Çeçenistan rəhbəri Ramzan Kadırov hesab edir ki, Rusiyanın Ukrayna ərazisindəki hərbi əməliyyatı 2023-cü ilin sonunadək başa çatacaq. 

Qaynarinfo xəbər verir ki, o, bu fikri Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayevə müsahibəsində bildirib.

Avropa ölkələri ilə mümkün uçuşların bərpasının vaxtı ilə bağlı sualı cavablandıran Ramzan Kadırov deyib: 

"Xüsusi əməliyyat ilin sonuna qədər başa çatacaq. Avropa dövlətləri öz hərəkətlərinin yanlışlığını dərk edəcək, Qərb diz çökəcək və həmişəki kimi Avropa dövlətləri Rusiya Federasiyası ilə bütün sahələrdə əməkdaşlıq etməli olacaqlar. Başqa cür olmamalıdır və olmayacaq”. 

Nizami Bağırov