Xerson vilayətinin müvəqqəti işğal olunmuş rayonlarının sakinlərinə Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan sağ çıxmaq üçün sığınacaqlar hazırlamaq, su və ərzaq ehtiyatı toplamaq çağırışı edilib.
Qaynarinfo xəbər verir ki, Telemarafonun efirində Xerson vilayət şurası sədrinin birinci müavini Yuri Sobolevski işğalçıların anbarlarında partlayışların sayının artması səbəbindən yerli sakinlərin oranı tərk etməsinə ehtiyac olduğunu
bildirib.
"Bunu edə bilməyənlər üçün sığınacaq lazım olacaq. Qoşunlarımızın hücumundan sağ çıxmaq üçün su və ərzaq ehtiyatı hazırlanmalıdır”, - deyə o vurğulayıb.
O, Ukrayna Silahlı Qüvvələrinin hər bir insanın həyatını təhlükəyə atmamaq üçün "cərrahi dəqiqliklə işləyəcəyini” vurğulayıb, lakin yerli sakinləri fəal olmağa, öz təhlükəsizliyini və yaxınlarının təhlükəsizliyini təmin etməyə çağırıb.
"Orklar insanların təxliyyəsinin qarşısını almaq üçün hər şeyi edirlər. Bu gün Xersondan Zaporojyeyə getmək üçün orada 40-a yaxın keçid məntəqəsi var. Onlarda buraxmadıqları insanların siyahıları var” - o deyib.
Bundan əvvəl baş nazirin müavini - müvəqqəti işğal olunmuş ərazilər üzrə nazir İrina Vereşuk və Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna Silahlı Qüvvələrinin gözlənilən gələn əks-hücumuna görə Xerson və Zaporojye vilayətlərində müvəqqəti işğal olunmuş ərazilərin sakinlərini bütün mümkün vasitələrlə qohum-əqrəbalarını təxliyə etməyə və uşaqları çıxarmağa çağırıblar.
Nizami Bağırov