Xəbər lenti

Maqazin 23:43 12.04.2024

Ukraynalı müğənni Rusiyada konsertə qatıldı

Ukraynalı müğənni Ani Lorak Moskvada "Axşam səsi" tədbirində bir mahnı ifa edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Beşinci Kanal" məlumat yayıb.

Sənətçi gecədə yalnız bir mahnı - yeni "Dancing" mahnısını oxuyub və jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Buna baxmayaraq, Ani Lorak qırmızı xalçada fotoqraflara poz verib. 

Ani Lorak 1978-ci ildə Ukraynanın Çernovtsi vilayətində anadan olub. 2008-ci ildə müğənni Ukraynanı "Eurovision" Mahnı Müsabiqəsində təmsil edib və ikinci yeri tutub. 2017-ci ildən Ani Lorak vətənində çıxış etmir. Rusiyanın Ukraynada hərbi əməliyyatına başladıqdan sonra o, Rusiya Federasiyasında da fəaliyyətini davam etdirib.

Fevral ayında Ani Lorak Rusiya vətəndaşlığı üçün müraciət edib. Bu səbəbdən müğənni vətənində satqın adlandırılıb. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?