"Show TV"də yayımlanan "Çukur" serialına yeni aktyor qatılıb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Ay yapım" prodakşn tərəfindən çəkilən serialın heyətinə qatılan yeni sima "Bodrum masalı" ilə ulduzu parlayan aktyor Alperen Duymazdır.
Ötən il "Ay yapım"la müqavilə bağlayan A.Duymaz önümüzdəki sezon da davam etməsi planlaşdırılan "Çukur" serialında "Sena" rolunu ifa edən aktrisa Dilan Çiçek Denizin qardaşı obrazında çıxış edəcək. O, serialda psixopat polis rolunu canlandıracaq.