"Çukur" serialında "Baykal" obrazını canlandırmış aktyor Burak Sergen 19 illik həyat yoldaşı olan aktrisa İşıl Sergenlə münasibətlərini bitirib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cansın adlı bir uşaqları olan cütlüyün razılaşma əsasında boşandıqları məlum olub.
Daha öncə də bir neçə dəfə boşanacaqları ilə bağlı xəbərlərlə medianın gündəminə gələn cütlük aralarında yaranan gərginliyin artması səbəbindən bu işi çox da uzatmamaq və övladları üçün dost qala bilmək üçün belə bir addım atıblar.
Qeyd edək ki, bir müddət əvvəl "Çukur" serialından ayrılan B.Sergen hazırda Zuhal Olcayla "Aşk halleri" adlı teatrla izləyicilərin qarşısına çıxmağa hazırlaşır.