Xəbər lenti

Ulduzların yalanı faş oldu - FOTOLAR
Ölkə11:00 16.03.2016

Ulduzların yalanı faş oldu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şou-biznes ulduzları fitnes zallarında, məşq mərkəzlərində çalışdıqları anları əks etdirən fotoları paylaşmağı çox sevirlər. Onlar sağlam həyat tərzini seçdiklərini deyirlər və pərəstişkarlarını da belə yaşamağa çağırırlar.

Lakin sən demə, ulduzlar yalan danışırlar.

Qaynar.info milli.az-a istinadən bildirir ki, şou-biznes ulduzlarının tam əksəriyyətinin sözləri ilə əməlləri ziddiyyət təşkil edir. Onlar sürəkli idmanla məşğul olduqlarını, zərərli vərdişlərlə vidalaşdıqlarını desələr də, belə deyil.

Mediada və sosial şəbəkələrdəki fotolarında daim qıvraq, sağlam, atletik görünüşdü olan bu şəxslər özlərini kameradan uzaq biləndə siqaret çəkir, spirtli içki içirlər.

Keyt Hadson, Qvinet Peltrou, Melani Braun, Elle Quldinq, Ebbi Klensi, Melani Sayks, Kim Marş və Keti Bekinseylin fotolarını müqayisə edə bilərsiniz.

 Qaynar.info