Nazirlər Kabineti "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər haqqında” qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, mayın 1-dən sentyabrın 1-dək un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 35 manat subsidiya veriləcək. Ödənişlərin verilməsi qaydasını isə İqtisadiyyat Nazirliyi müəyyənləşdirəcək.
Qeyd edək ki, bundan əvvəl müddət fevralın 1-dən mayın 1-dək nəzərdə tutulmuşdu.