Xəbər lenti

Unibank-la "Nar mobile" savaşır - Əziyyəti müştərilər çəkir
Ekonomiks06:10 19.08.2014

Unibank-la "Nar mobile" savaşır - Əziyyəti müştərilər çəkir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddətdir ki, "Unibank"ın plastik kartları ilə internet üzərindən əməliyyatlar həyata keçirərkən, əlavə birdəfəlik təhlükəsizlik kodu tələb olunur.

Qaynar.info-nun verdiyi xəbərə görə, bu kod müştərinin telefon nömrəsinə göndərilir və həmin yalnız həmin təsdiqləmə kodunu daxil etdikdən sonra əməliyyat yerinə yetirilir.

Təhlükəsizlik baxımından əlavə tədbir kimi nəzərdə tutulan bu əməliyyat haradasa alqışlanmalıdır. Amma...

İşin amması odur ki, "Azercell" və "Bakcell" abunəçiləri üçün heç bir problem yaşanmasa da, "Nar mobile" istifadəçiləri ciddi problemlə üzləşib.

Belə ki, iki şirkət arasında hansı səbəblərdən yaranan problem üzündən bankın "Nar mobile" istifadəçilərinin telefonuna təhlükəsizlik kodu glmir və nəticədə əllərindəki plastik kartlar da yayarsız bir məhsula çevrilib.

İşin daha bir maraqlı tərəfi odur ki, bankın operatorları problemin həlli kimi müştərilərə əcaib təklif edirlər: "Ya operatorunuzu dəyişin, ya da bizim verdiyimiz kartla əməliyyat apara bilməyəcəksiniz".

Amma unudulur ki, müştəri ilə müqavilə bağlananda orada "bankın hər-hansı bir qurumla problemi yarandıqda ..." bəndi olmayıb. Problemi bank özü yoluna qoymalıdır.

Qaynar.info