Xəbər lenti

Ekonomiks 11:18 15.01.2026

"Universal-2023" milyonlarla manat vergi borcu var

Azərbaycanda 3 il əvvəl yaradılan "Universal-2023" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) iki milyon manata yaxın vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.884.649,13 AZN vergi borcu var. 

Qeyd edək ki, 23.01.2023-cü ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 10 manat olan "Universal-2023" MMC-nin Əliyev İzzət Zaur oğludur. Şirkət riskli vergi ödəyicilər siyahısına salınıb. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.Q.Mustafayev küçəsi, ev 11-də yerləşir.

Aydın
--> -->