
Kanadanın Kalqari şəhərində bir universitet tələbəsi 5 yoldaşını bıçaqlayaraq öldürüb.
ANS PRESS-in məlumatına görə, Kalqari universitetinin 22 yaşlı tələbəsi Matthev de Qroodun tədris ilinin son dərsindən sonra təşkil edilən ev ziyafətində hələ məlum olmayan bir səbəblə Joshua Hunter, Kaitlin Perras, Jordan Segura, Lawrence Hong və Zackariah Rathwell adlı tələbələri bıçaqla öldürüb.
Kalqari polis rəisi Riç Hanson hadisədən sonra tutulan Matthe de Qroodun məhkəməyə çıxarıldığını beş nəfəri qəsdən öldürməkdə günahlandırılaraq həbs olunduğunu bildirib. Şübhəlinin aprelin 22-də yenidən hakim qarşısına çıxarılacağını ifadə edən Hanson, bu tarixə qədər Matthev de Groodun, ağıl sağlamlığının yerində olub-olmadığı ilə bağlı psixoloji testlərə aparılacağını qeyd edib.
Hadisədən sonra böyük kədər yaşanan Kalgary universitetində ölən tələbələr üçün başsağlığı dəftəri hazırlanıb, hüzn tədbiri keçirilib.
Qaynar.info