Xəbər lenti

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bir səlahiyyətini itirdi
Ekonomiks11:45 30.03.2023

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bir səlahiyyətini itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin ərazisində arxeoloji abidə aşkar edildikdə dayandırılan işlərin davam etdirilməsi barədə qərar vermək səlahiyyəti ləğv edilir.
Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, artıq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən abidə aşkar edildikdə dayandırılan işlərin davam etdirilməsi barədə qərar vermək səlahiyyətinə sahib olacaq.