Xəbər lenti

Şuşadakı festivalda hansı ölkələrin nümayəndələri iştirak edib?
Sənət07:39 09.05.2022

Şuşadakı festivalda hansı ölkələrin nümayəndələri iştirak edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şuşada keçirilən Kulinariya festivalı öz işini başa vurub.
Bu barədə Qaynarinfo-ya Əməkdar artist Nofəl Vəliyev məlumat verib. O bildirib ki, festivalda bir çox ölkələrdən qonaqlar iştirak edib:
"Festival Heydər Əliyev Fondu tərəfindən təşkil olunub. Çox möhtəşəm festival idi. Havalar yağışlı olsa da, festivalda çoxlu qonaq iştirak edirdi. Festivalda dünya mətbəxinin nümunələri sərgilənirdi. Eyni zamanda Azərbaycan mətbəxi də nümayiş olundu. Festivala Türkiyə, İran, Malaziya, Yaponiya, Çin, İtaliya, Fransa, Almaniya və s. kimi ölkələr qatılıb. Bundan əlavə, Azərbaycanın bütün bölgələri iştirak edirdi”.
Nofəl Əliyev deyir ki, festivalda aktyorların ifasında teatrlaşdırılmış səhnəçiklər nümayiş olunub.
Bahar Rüstəmli