Uşaq yaşlarında ulduz statusu qazanan və "Lilo & Stitch”, "Spirited Away” və "Donnie Darko” kimi məşhur layihələrlə tanınan keçmiş aktrisa, 35 yaşında vəfat edən Davey Çeyzin ğölüm səbəbi açıqlanıb.
Qaynarinfo xəbər verir ki, Los-Anceles məhkəmə-tibbi ekspertiza qeydlərinə görə, Çeyz xroniki çoxsaylı maddə istifadəsi ilə yanaşı QİÇS səbəbindən həyatını itirib.
16 iyunda vəfat etdiyi bildirilən Davey Çeyz ölümündən əvvəl xəstəxanaya yerləşdirilib. Lakin uzun müddət ağır şəraitdə yaşadığı, ölümündən sonra üzə çıxıb və xilas edilə bilməyib.
Karyerası uşaq yaşlarında başlayan aktrisa "The Ring / Halqa” filmində Samara obrazı ilə dünya şöhrəti qazanmışdı. Lakin sonrakı illərdə Los-Ancelesdə evsizlik və maddə asılılığı ilə mübarizə apardığı bildirilir. 2006–2011-ci illərdə "Big Love” serialında rol alan Çeyzin son ekran işi 2016-cı ildə çəkilmiş "American Romance” filmi olub.
Məlumata görə, aktrisa son illərdə ictimai həyatdan uzaqlaşmış, son dəfə 2013-cü ildə qırmızı xalçada görünüb, son "Instagram" paylaşımını isə 2017-ci ildə edib. Həyatının son dövrlərində onun Roy Hernandez adlı şəxs ilə münasibətdə olduğu, cütlüyün bir müddət küçələrdə və avtomobildə yaşadığı iddia edilir.
Aktrisanın anası uzun müddət qızını tapa bilmədiyini bildirib, atası isə onun vəziyyətinə görə ananı günahlandırdığı barədə iddialar yayılıb.
Bəzi məlumatlara görə, Çeyzin vəziyyətinin pisləşməsinə 2016-cı ildə keçirdiyi motosiklet qəzasından sonra güclü ağrıkəsicilərə asılılıq da təsir edib. 2018-ci ildən etibarən onun narkotik maddələrlə bağlı problemlər və hüquqi çətinliklər yaşadığı, daha sonra isə evsizlik vəziyyətinə düşdüyü bildirilir.
Aydın
Şərhlər