Xəbər lenti

Uşaqlarını öldürən kişi intihar etdi
Dünya19:50 09.05.2016

Uşaqlarını öldürən kişi intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dörd yaşlı oğlunu və 9 aylıq qızını öldürən Podolsk sakini, 31 yaşlı Dmitri Milovanovun meyiti “Matrosskaya tişina” təcridaxanasının ayaqyolunda tapılıb. 

Milovanov övladlarını qətlə yetirib, həyat yoldaşını yaralayandan sonra özünü pəncərədən ataraq öldürmək istəsə də, bacısı oğlu mane olub.

O, istintaqa ifadəsində faciə günü narkotik qəbul etdiyini etiraf edib. Uşaqlarını öldürdüyünə görə onun ömürlük azadlıqdan məhrum edilməsi təhlükəsi gözləyirdi. (Modern.az)

Qaynarinfo.az