Xəbər lenti

USQ yaxın 72 saat ərzində Kupyanskı azad edə bilər – ISW
Dünya06:24 09.09.2022

USQ yaxın 72 saat ərzində Kupyanskı azad edə bilər – ISW

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna qoşunları Xarkov vilayətində mühüm uğur qazanıb və Kupyanska doğru irəliləyir. Ukrayna Silahlı Qüvvələri yaxın 72 saat ərzində şəhəri azad edə bilər.
Bu barədə Qaynarinfo Müharibə Tədqiqatı İnstitutuna (ISW) istinadən xəbər verir.
Analitiklər ehtimal edir ki, Ukrayna qüvvələri Kupyanskdan 15 km radiusda mövqelərə irəliləyiblər.
"Rusiyanın Xarkov vilayətindəki arxa mövqeləri indi Ukraynanın daha da irəliləməsi üçün açıqdır və Ukrayna qüvvələrinin yaxın 72 saat ərzində Kupyanskı azad edəcəyi ehtimal olunur", - ISW bildirib.
Müharibənin Tədqiqi İnstitutu geolokasiya görüntülərinin Ukrayna qüvvələrinin E40 trası boyunca Borşevka və İvanovkanı geri aldığını göstərir.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Borovskoyedə (Kupyanskdan 20 km cənub-qərbdə) geolokasiya məlumatlarını və Rusiyanın Qruşevka yaxınlığında döyüşlər barədə məlumatlarını nəzərə alaraq, ehtimal olunur ki, Şevçenkovo azad edilib və ya yaşayış məntəqəsindən yan keçərək Qruşevka istiqamətində irəliləyib.
"Kupyansk və digər arxa bölgələrin itirilməsi Rusiyanın hücum və müdafiə əməliyyatlarını dəstəkləmək səylərinə mane olacaq, lakin Rusiyanın İzumla əlaqə xətlərini tamamilə kəsməyəcək", - ekspertlər bildirib.
ISW əlavə edib ki, Ukrayna qüvvələrinin nisbətən yüksək sürətlə irəliləməsi və onların Kupyanska yaxınlığı Rusiyanın arxa cəbhəsində çaxnaşma yaradır.
Xatırladaq ki, Ukraynanın Baş Qərargahı Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində uğurlu əks-hücum əməliyyatı keçirdiyini bildirmişdi. Onların aşıqlamalarına görə Ukrayna qüvvələri 3 gün ərzində 50 kilometr irəliləyiblər.
Nizami Bağırov