
Mütəxəssislərin sözlərinə görə, insan həyatının önəmli 4 faktor var. Bunlar mənalı bir həyat, düzgün qidalanma, müntəzəm idman və aydın zəkadır.
Sağlam həyat tərzinə keçid etmək heç vaxt gec deyil. Ataların dediyi kimi - ziyanın yarısından da qayıtmaq xeyirdir.
ANS PRESS amerikalı alimlərin həyat müddətini hesablamaq üçün təklif etdiyi 19 sualı təqdim edir.
1- Sağlamlığa diqqət
İldə bir dəfə "check-up" etdirisinizmi? Əgər cavabınız "bəli"dirsə ömrünüzə 3 il əlavə edin. Əks halda 3 ili çıxın.
2- Nənə və babalar
Ailənin yaşlıları 80 ildən çox yaşayıbsa 3 il qazandınız.
3- İşi sevin
Könüllü canla başla çalışmağı sevirsinizsə 2 il də əlavə edin.
4- Təhsilin önəmi
Amerikalı araşdırmaçıların fikrincə universitet məzunları daha uzun yaşayır. Ali təhsillilər ömürlərinə 2 il əlavə etsinlər.
5-Subaylıq təhlükəsi
"Subaylıq sultanlıqdır" anlayışı tarixə qovuşur. Çünki yalnız yaşayanların ömrü 3 il azalır.
6-Bol-bol gülün
Yumor anlayışı olanlar 3 il çox yaşayır.
7-Dost
Dost qavramının insan həyatında rolu olduqca çöyükdür. Problemlərinizi dinləyəcək birinin olması ömrünüzə 2 il əlavə edir.
8- Ağlını işə sal
Beyin gimnastikası ömrə 4 il əlavə deməkdir.
9-İdmanı axsatmayın
İdmansız həyat ömrünüzü azaldacaq. İdman isə sizə 3 il qazandıracaq.
10-Sağlam qidalanma
Sağlam qidalanırsızınızsa 2 il əlavə, qeyri-sağlam yeməyə görə isə 3 il azalma olur.
11- Qəti pəhriz
Daima pəhrizə başlayıb saxlayırsınızsa 5 ilinizlə vidalaşın.
12- Nikotini unudun
Siqaret ömrü 8 il qısaldır.
13- Bədbinlik
Bədbinlik ömrünüzü iki il azaldır.
14-Artıq çəki
Normal çəki ilə olduğunuz çəki arasında uçurum varsa bu 3 iliniz getdi deməkdir.
15- Heyvanları sevin
İt, pişik kimi fəal heyvanlar ömrü 2, balıq kimi sakit canlılar isə 1 il uzadır.
16- Qız
Qız uşaqları ömrü 3 il uzadır.
17- Yürüyüş
Hər gün maşınla gəzmək ömürdən 3 il aparsa da, müntəzəm yürüyüşlərlə 2 ili bərpa edə bilərsiniz.
18- Eşq
Eşq insan həyatını nə az nə çox düz 7 il uzadır.
19-Nikbin
Uzun illər yaşamaq üçün həyata nikbin baxın. Bu ömrün 5 il uzanması deməkdir.
Qaynar.info