Xəbər lenti

Vaksin vurdurmaq haramdır? - Hacı Şahindən açıqlama
Ölkə08:52 18.02.2021

Vaksin vurdurmaq haramdır? - Hacı Şahindən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vaksinlərin tərkibində dini baxımdan haram maddələrin olması ilə bağlı deyilənlər tamamilə yanlışdır.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
Ş.Həsənli bildirib ki, vaksinlərin tərkibində elə bir maddə yoxdur:
"Ona görə də insanlar bu vaksinlərdən rahat şəkildə istifadə edə bilərlər. Dinimiz nəinki bu məsələləri qadağan edir, əksinə təkid edir. Çünki Quranda ayə var ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın”.