Xəbər lenti

"Valensiya"nın gənc futbolçusu irqçiliyə məruz qaldı
İdman06:19 04.03.2024

"Valensiya"nın gənc futbolçusu irqçiliyə məruz qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Valensiya"nın  gənc futbolçusu Peter Federiko yetirməsi olduğu "Real"la oyunda irqçi təhqirlərə məruz qalıb.
Qaynarinfo-nun məlumatına görə, "Real"ın azarkeşlərindən bəziləri Federikonun komandalarına qarşı mübarizə aparmasını, "Valensiya" azarkeşlərindən bir neçə dəfə dəstək istəməsini sərt qarşılayıb. Azarkeşlər onun hərəkətlərini sosial şəbəkələrdə irqçi və nifrət dolu yazılarla  təhqir edib. Futbolçu təhqirlərin artmaması üçün sosial şəbəkədəki şərhləri bloklamalı olub. 
"Valensiya" öz oyunçusunu müdafiə edib və hər hansı formada ayrı-seçkiliyə qarşı mübarizə apardığını bəyanat vasitəsilə ictimaiyyətə çatdırıb. Klub açıqlamasında, "Valensiya" hər hansı formada ayrı-seçkiliyə qarşı mübarizəyə sadiqliyini bir daha bəyan edir. Oyunçumuz Peter Federikonun aldığı nifrəti təbliğ edən bəzi şərhlər tamamilə yolverilməzdir. Ayrı-seçkilik və zorakılıqdan azad futbol və cəmiyyət üçün, sıfır ayrı-seçkilik - VCF "WORLD" - ifadələrindən istifadə edib. 
"Valensiya" - "Real" matçı 2:2 hesabı ilə yekunlaşıb.
Səbuhi Həsənov