Xəbər lenti

Vaqif Səmədoğlu İsraildə həkim nəzarətinə götürüldü
Ölkə14:12 25.12.2013

Vaqif Səmədoğlu İsraildə həkim nəzarətinə götürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq şairi Vaqif Səmədoğlu hazırda İsraildə müalicələrini davam etdirir. O, bir neçə gündür həkim nəzarətindədir.

Bu barədə azvision.az-a V. Səmədoğlunun özü məlumat verib. Şair özünü tam yaxşı hiss etmədiyini deyib: “İsraildəyəm, siz zəng edəndə həkimdə idim. İyun ayından etibarən burada müalicə olunuram. Özümü babat hiss edirəm, müalicədə irəliləyiş yoxdur, görək də nə olacaq. İmkan olsa, ayın axırı Bakıya qayıdacam.”

Qeyd edək ki, xalq şairi Vaqif Səmədoğlu bədxassəli şişdən əziyyət çəkir.

Qaynar.info