Xəbər lenti

Dünya 01:48 24.08.2023

"Vaqner" liderinin təyyarəsində ölənlər: Priqojin, Utkin, erməni... (YENİLƏNİB)

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan "Embraer” təyyarəsinin göyərtəsində olan bütün sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, "Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevqeni Priqojin və "Vaqner”in komandiri Dmitri Utkinin olduğu təyyarədə Sergey Propustin, Yevqeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matyuseev də olub.

Vurğulanıb ki, "Embraer-135” (EBM-135BJ) təyyarəsinin uçuşu hava məkanından istifadə üçün müəyyən edilmiş qaydada verilmiş icazə əsasında həyata keçirilib.

Artıq Yevgeni Priqojinin cəsədi qəza yerində tapılıb və artıq şəxsiyyəti müəyyənləşdirilib. Faktı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi ölüm faktını təsdiqləyib.

"Vaqner”in komandiri Dmitri Utkinin cəsədi də qəza yerində tapılıb və şəxsiyyəti müəyyən edilib.
 
*** 23.08.2023
21.10
 
Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Onun "Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olduğu iddia edilir.

"Report" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza zamanı təyyarədə olan yeddi sərnişin və üç pilot həyatını itirib. Sərnişinlər arasında Yevgeni Priqojinin olduğu da deyilir.

Hadisə şahidlərinin sözlərinə görə, təyyarə vurulub, qəzadan əvvəl və sonra partlayış olub.
 

.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->