Xəbər lenti

Vasif Talıbov medal payladı - FOTO
Ölkə07:08 10.04.2014

Vasif Talıbov medal payladı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3-cü dərəcəli“Vətənə xidmətə görə” ordeninin, “Dövlət qulluğunda fərqlənməyə görə”,“Tərəqqi”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Vətən uğrunda”medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döşnişanlarının təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilənməlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri VasifTalıbov təltif olunanları muxtar respublikamızın 90 illik yubileyi vəmükafatlara layiq görülmələri münasibətilə təbrik edərək deyib:“Azərbaycanda bütün sahələrdə inkişaf təmin olunub. Bu inkişafın əldəolunmasında fərqlənənlərin əməyi isə dövlətimiz tərəfindən layiqincəqiymətləndirilir. Dövlət tərəfindən inkişaf strategiyasımüəyyənləşdirilir, müxtəlif sahələr üzrə proqramlar qəbul edilir. Buinkişaf strategiyasının və dövlət proqramlarının icraçıları isəinsanlardır”.

Ali Məclisin sədri deyib: “Ölkəmizin inkişafında öz fəaliyyəti iləfərqlənənlərin, Vətəninə və xalqına xidmətdə nümunə göstərənlərinəməyinə dövlətimiz tərəfindən daim yüksək qiymət verilir, onlar orden,medal və fəxri adlarla təltif olunurlar. Bu gün dövlətimizin alimükafatları ilə təltif olunanlar müxtəlif sahələrdə çalışan insanlardır.Onların əməyinin qiymətləndirilməsi səmərəli fəaliyyətlərininnəticəsində mümkün olmuşdur. Eyni zamanda, əməyə verilən bu qiymət hərbir insanda böyük ruh yüksəkliyi yaradır, onların qurub-yaratmaq əzminiartırır, gələcəkdə daha məhsuldar fəaliyyət göstərməyə sövq edir”.

Ali Məclisin sədri təltif olunanların bundan sonra daha məsuliyyətləçalışacaqlarına və nümunəvi xidmət göstərəcəklərinə əminliyinibildirmiş, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb. SonraAli Məclisin Sədri orden və medalları, Naxçıvan Muxtar Respublikasınınfəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib. Təltifolunanlardan İradə Novruzova, Fariz Bağırov, Məzahir Mirzəyev, AfinMəmmədov, Həbib İbrahimov, Həbibə Allahverdiyeva, Mətləb İbrahimov,Xuraman Əsgərova, Elminaz Məmmədova, Sultan Rzayev, Müzəffər Əsgərov,Ələddin Məmmədov əməklərinə verilən yüksək qiymətə görə dərinminnətdarlıqlarını ifadə ediblər.

Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə daimsadiq olmaq bundan sonra da fəaliyyətin əsasını təşkil edəcək. Çünkidahi şəxsiyyətin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyası bugün ölkəmizi, eləcə də onun ayrılmaz tərkib hissəsi olan NaxçıvanMuxtar Respublikasını inkişaf və tərəqqiyə qovuşdurub. Bu inkişaf bütünsahələri əhatə edib. Hər bir şəxs də çalışır ki, ölkəmizin inkişafına öztöhfəsini versin. Muxtar respublikanın 90 illik yubileyi ərəfəsindədövlət mükafatına layiq görülmək isə ikiqat qürur və şərəfdir.

Təltif olunanlar bundan sonra da doğma diyarımızın inkişaf və tərəqqisi yolunda səylə çalışacaqlarına söz veriblər.

Qaynar.info